Modern.az

Güclü külək Lənkəran-Lerik yolunu bağladı - VİDEO

Güclü külək Lənkəran-Lerik yolunu bağladı - VİDEO

Aktual

14 Oktyabr 2025, 11:34

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Lənkəran-Lerik yolundakı problemi aradan qaldırıb.

Modern.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, ötən gün axşam saatlarında güclü külək Lənkəran–Lerik avtomobil yolunun 20-ci kilometrində, Lerik rayonunun Piran kəndi ərazisində ağacın yola aşmasına səbəb olub. Hadisə nəticəsində avtonəqliyyat vasitələrinin avtomobil yolu ilə hərəkətində məhdudiyyət yaranıb.

Yol infrastrukturunda baş vermiş problemlə bağlı məlumat daxil olan kimi, dərhal hadisə yerinə Agentliyin Lerik rayonu üzrə "Yol İstismar" MMC-nin xüsusi texnikası və canlı qüvvəsi cəlb olunub. Görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yolla hərəkət qısa müddətdə bərpa edilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinə barmaq silkələdilər - Rusiya məhv ediləcək!