Modern.az

Bakıda yarım milyonluq maşına görə 300 manat cərimə yazıldı

Bakıda yarım milyonluq maşına görə 300 manat cərimə yazıldı

Aktual

14 Oktyabr 2025, 13:46

Bakıda fəaliyyət göstərən şirkət gömrük sənədlərini vaxtında təqdim etmədiyinə görə 300 manat məbləğində cərimələnib.

Modern.az-ın məlumatına görə, şirkətin ünvanına Böyük Britaniyadan 2025-ci il istehsalı olan “Bentley” markalı avtomobil idxal olunub. Lakin avtomobil “Mazımqara” gömrük postundan keçərək ölkəyə gətirildikdən sonra, qanunla nəzərdə tutulmuş 15 gün müddətində gömrük bəyannaməsi təqdim edilməyib.

Gömrük Komitəsi bu faktı aşkar edərək inzibati xəta protokolu tərtib edib. İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən cərimə tətbiq olunub.

Qeyd edək ki, 2025-ci il istehsalı “Bentley” markalı avtomobillərin bazar qiyməti, model və komplektasiyasından asılı olaraq, yarım milyon manata yaxın qiymətləndirilir.

Elnur Əmirov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin tüstüləndi - NATO bu raketləri Ukraynaya göndərir