Modern.az

Nazirliyin bu səlahiyyəti əlindən alındı

Nazirliyin bu səlahiyyəti əlindən alındı

Aktual

14 Oktyabr 2025, 16:22

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərindən biri ləğv edilib.

Modern.az-ın məlumatına görə, su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə verilməsi səlahiyyəti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) verilib.

Müvafiq sərəncam Prezident İlham Əliyev tərəfindən imzalanıb.

İndiyədək bu səlahiyyət sözügedən Nazirliyə məxsus olub.

Artıq icazələrin verilməsi ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən həyata keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır