Modern.az

Naxçıvanda 29 nəfər dəm qazından zəhərlənib

Naxçıvanda 29 nəfər dəm qazından zəhərlənib

Aktual

14 Oktyabr 2025, 16:28

2025-ci ilin doqquz ayı ərzində Naxçıvanda 29 nəfər dəm qazından zəhərlənib.

Modern.az xəbər verir ki, bu barədə Naxçıvan MR Yoluxucu Xəstəliklər Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeyd olunan müddətdə zəhərlənmə hallarının hamısı ambulator formada qeydə alınıb və həmin şəxslərə lazımi tibbi yardım göstərilib.

Qeyd olunub ki, dəm qazı ilə zəhərlənmə halları əsasən qış aylarında, xüsusilə, yanvar və mart aylarında daha çox müşahidə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin tüstüləndi - NATO bu raketləri Ukraynaya göndərir