Modern.az

BirBankla gedişhaqqı ödənişində problem aradan qaldırıldı - YENİLƏNİB

BirBankla gedişhaqqı ödənişində problem aradan qaldırıldı - YENİLƏNİB

Aktual

14 Oktyabr 2025, 22:31

"Birbank"da bir sıra ödənişlərlə bağlı yaranan texniki nasazlıq tamamilə aradan qaldırılıb".

Modern.az xəbər verir ki, bu barədə "Birbank"ın açıqlamasında deyilir.

Qeyd olunub ki, hazırda müştəriləri xidmətlərdən tam kəsintisiz və rahatlıqla istifadə edə bilərlər:

"Yaranan narahatlığa görə təəssüf edir, müştərilərimizə anlayış göstərdikləri üçün təşəkkür edirik", - açıqlamada deyilir.

***

18:43

BirBankla gedişhaqqı ödənişində problem yaranıb.

Sərnişinlərin Modern.az-a verdiyi məlumata görə, tətbiqdə gedişhaqqını ödəmək üçün QR kod yaratmaq mümkün olmayıb.

Texniki problem iş saatlarının sonunda yarandığı üçün metro stansiyalarının girişində geniş izdiham yaranıb.

Problemin səbəbi barədə rəsmi məlumat verilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin tüstüləndi - NATO bu raketləri Ukraynaya göndərir