Modern.az

Zəngəzur dəhlizinin xəritəsi hazırlandı

Zəngəzur dəhlizinin xəritəsi hazırlandı

Aktual

14 Oktyabr 2025, 19:16

““Azərbaycan Kartoqrafları” İctimai Birliyi Zəngəzur dəhlizinin xəritəsini hazırlayıb. Xəritənin altlığı yüksək keyfiyyətli kosmik şəkillər əsasında tərtib edilib”.

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov açıqlama verib.

O deyib ki, xəritədə Azərbaycan, Ermənistan, İrandan müvafiq hissələr – yaşayış məntəqələri, yollar, çaylar, dağlar verilib.

Xəritədə həmçinin Araz dəhlizi öz əksini tapıb. Kartoqrafik əsər azərbaycan və ingilis dillərindədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin tüstüləndi - NATO bu raketləri Ukraynaya göndərir