Modern.az

Deputatlar Prezident Ersin Tatarla görüşdü - FOTOLAR

Deputatlar Prezident Ersin Tatarla görüşdü - FOTOLAR

Aktual

15 Oktyabr 2025, 09:55

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Türkiyə-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və üzvləri ilə görüşmüşdür.

Modern.az xəbər verir ki, görüşdə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvləri deputat Ağalar Vəliyev və  Əziz Ələkbərov iştirak etmişlər.

Milli Məclisin deputatları Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarsı əlaqələr və əməkdaşlıqdan danışıblar. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara toplantı iştirakçılarını qəbul etdiyinə, tədbirlərin yüksək səviyyədə təşkil olunduğuna görə minnətdarlığını bildirib. Əhliman Əmiraslanov Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyəti və Şimali Kipr Cumhuriyyəti arasında münasibətlərin özünəməxsus xarakterindən, üç ölkə arasında müttəfiq münasibətlərindən danışaraq bu əlaqələrin digər türk dövlətləri ilə qarşılıqlı münaisbətlərin inkişafı üçün dəyərli örnək olduğunu vurğulayıb. O, bu toplantının Türk Dövlətələrinin birliyinin daha da inkişafına səbəb olacağını bildirib. Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti Parlamentlər arası İşçi qrupun rəhbəri, millət vəkili Cavanşir Feyziyev türk dünyasında sülhün və təhlükəsizliyin təmin olunması ilə bağlı Azərbaycan dövlətinin təşəbbülərindən və Milli Məclisin parlament diplomatiyası səviyyəsində apardığı fəaliyyətlərdən bəhs edib.

 

Deputatlar Prezident Ersin Tatarla görüşdü - FOTOLAR

Deputatlar Prezident Ersin Tatarla görüşdü - FOTOLAR

Deputatlar Prezident Ersin Tatarla görüşdü - FOTOLAR

Deputatlar Prezident Ersin Tatarla görüşdü - FOTOLAR

Deputatlar Prezident Ersin Tatarla görüşdü - FOTOLAR

Deputatlar Prezident Ersin Tatarla görüşdü - FOTOLAR

Deputatlar Prezident Ersin Tatarla görüşdü - FOTOLAR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ramiz Mehdiyevin arxasınca kimlər VURULACAQ? - ŞOK ADLAR