Modern.az

Yeni reabilitasiya mərkəzi bu klinikada açılacaq - YENİLƏNİB

Yeni reabilitasiya mərkəzi bu klinikada açılacaq - YENİLƏNİB

Aktual

15 Oktyabr 2025, 11:44

Azərbaycanda açılacaq 3600 kvadratmetrlik reabilitasiya mərkəzinin “Yeni Klinika”da olacağı nəzərdə tutulur. 

Modern.az xəbər verir ki, bu fikirləri TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev  II “Azərbaycan Sağlamlıq Turizmi Konfransı" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin mərkəzin açılışı yaxın zamanda baş tutacaq. 

“Burada müalicə üçün robotik üsullardan istifadə planlaşdırılır. Qafqazda ilk dəfə bu böyüklükdə mərkəz bizim tərəfimizdən təqdim olunacaq”. 

Qurum rəsmisi həmçinin əlavə edib ki, belə mərkəzlərin regionlarda da açılaması, bu xidmətlərin bölgələrdə də göstərilməsini planlaşdırılır.

***

10:46

Yaxın zamanlarda xəstəxanaların birində 3600 kvadratmetrlik reabilitasiya mərkəzi açılması nəzərdə tutulub. 

Modern.az xəbər verir ki, bunu II "Azərbaycan Sağlamlıq Turizmi Konfransı"nda çıxışı zamanı TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov deyib.

O bildirib ki, sağlamlıq turizmi beynəlxalq sosial məsuliyyətdir:

“Ölkəmizdə COP29 Beynəlxalq İqlim Konfransı keçirildikdə minlərlə qonaq gəlmiş və onların sağlamlıq məsələsi dövlət müəssisələri tərəfindən qarşılanmışdır. Sağlamlıq turizmi bilik və təcrübənin vəhdəti olaraq görülür. Əlavə olaraq, ölkəmiz coğrafi baxımdan da çox əlverişli ərazidə yerləşir”. 

TƏBİB rəsmisi onu da əlavə edib ki, bu yaxınlarda Şuşada müalicə sağlamlıq mərkəzinin də açılışı həyata keçirilib.

1469666

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ramiz Mehdiyevin arxasınca kimlər VURULACAQ? - ŞOK ADLAR