Modern.az

Müalicə məqsədilə Azərbaycana gələn turistlər ARTIB

Müalicə məqsədilə Azərbaycana gələn turistlər ARTIB

Aktual

15 Oktyabr 2025, 12:34

Sağlamlıq turizminin inkişafı ölkəmizin digər turizm növləri kimi Dövlət Turizm Agentliyindən tərəfindən aparılan əsas prioritet istiqamətlərdən biri sayılır. 

Modern.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən II “Azərbaycan Sağlamlıq Turizmi Konfransı” çərçivəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov jurnalistlərə açıqlamasında deyib. 

O həmçinin bildirib ki, müalicə məqsədi ilə ölkəyə gələn turistlərin sayında da artım müşahidə olunur. 

“Hazırda xüsusilə Naftalan istiqamətində keçmiş postsovet ölkələrindən gələn turistlərin sayı ildən-ilə artır. Sözügedən istiqamətdə də müəyyən işlər görməyə davam edirik. 

Bilirsiniz ki, Prezident İlham Əliyevin Naftalan neftinin sağlamlıq turizimdə istifadəsi ilə bağlı sərəncam verib. Bu istiqamətdə də agentlik tərəfindən işlər aparılmaqda davam edir”.

Qurum rəsmisinin sözlərinə görə, həmin xidmətlərin müalicə tərəflərinin dəqiqləşdirilməsi və genişləndirilməsi, eləcə də xidmətlərin dünya standartlarına çatdırılması üçün müəyyən proqram icra edilir:

“Bu da növbəti illərdə artıq Azərbaycanın özünün müalicə xidmətləri ilə, xüsusi paketləri ilə fərqlənə bilər”.

Yekun olaraq o qeyd edib ki, hər iki istiqamətdə Dövlət Turizm Agentliyi ölkənin aparıcı lider tərəfdaşlarını öz ətrafına toplayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ramiz Mehdiyev dövlət çevrilişini kimlərlə etmək istəyirmiş?