Modern.az

General Hüseynov işdən çıxma səbəbini açıqladı - YENİLƏNİB

General Hüseynov işdən çıxma səbəbini açıqladı - YENİLƏNİB

Aktual

15 Oktyabr 2025, 14:30

"Səhhətimdə problemlər yaranıb".

Modern.az xəbər verir ki, bu barədə "Unikal"a açıqlamasında Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin sabiq birinci müavini İsmayıl Hüseynov deyib.

O bildirib ki, səhhətindəki problemlərlə bağlı həkim yoxlanışından keçib:

"Boynumda yırtıq yaranıb. Artıq bu səbəbdən işləyə bilmirəm. Ötən gün Prezident İlham Əliyev işdən azad edilməyimlə bağlı Sərəncam imzaladı", - deyə İ.Hüseynov əlavə edib.

***

13:30

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini İsmayıl Hüseynov vəzifəsindən azad edilib.

Modern.az xəbər verir ki, o öz ərizəsi ilə işdən çıxarılıb.

Qeyd edək ki, İsmayıl Hüseynov 2018-2023-cü illərdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Həmin dövrdə ona gömrük xidməti general-leytenantı ali rütbəsi verilib.

2023-cü ildən isə o, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində rəisin birinci müavini kimi fəaliyyət göstərirdi. (Mənbə: bakupost)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyevin Əli Kərimliylə gizli əlaqəsi - Putinin məkirli planı