"Səhhətimdə problemlər yaranıb".
Modern.az xəbər verir ki, bu barədə "Unikal"a açıqlamasında Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin sabiq birinci müavini İsmayıl Hüseynov deyib.
O bildirib ki, səhhətindəki problemlərlə bağlı həkim yoxlanışından keçib:
"Boynumda yırtıq yaranıb. Artıq bu səbəbdən işləyə bilmirəm. Ötən gün Prezident İlham Əliyev işdən azad edilməyimlə bağlı Sərəncam imzaladı", - deyə İ.Hüseynov əlavə edib.
***
13:30
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini İsmayıl Hüseynov vəzifəsindən azad edilib.
Modern.az xəbər verir ki, o öz ərizəsi ilə işdən çıxarılıb.
Qeyd edək ki, İsmayıl Hüseynov 2018-2023-cü illərdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Həmin dövrdə ona gömrük xidməti general-leytenantı ali rütbəsi verilib.
2023-cü ildən isə o, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində rəisin birinci müavini kimi fəaliyyət göstərirdi. (Mənbə: bakupost)