Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi və dəmiryol işçilərinin peşə bayramı münasibətilə “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) növbəti xeyriyyə məqsədli qanvermə aksiyası keçirilib.
ADY-dən Modern.az-a verilən məlumata görə, Respublika Qan Bankı ilə birgə keçirilən ənənəvi aksiyada ADY-nin müxtəlif struktur bölmələrinin əməkdaşları könüllü şəkildə iştirak ediblər.
Xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.
Qanvermə aksiyasının əsas məqsədi Respublika Qan Bankının qan ehtiyatının artırılmasına töhfə verməkdir.
ADY cəmiyyətə faydalı sosial təşəbbüslər göstərməyə, sağlamlıq və həyat naminə humanitar fəaliyyətləri dəstəkləməyə davam edəcək.