Sabirabad sakini itkin düşüb.
Modern.az DİN-ə istinadən xəbər verir ki, Sabirabad rayon sakini, 1959-cu il təvəllüdlü İbrahimov İmamverdi Şahbaz oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. İ.İbrahimovun əlamətləri: boyu 172 sm, arıq bədən quruluşlu, saçları ağ, gözlərinin rəngi qəhvəyidir. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Sabirabad Rayon Polis Şöbəsinə (02123 5 52 03, 050 352 69 89) məlumat vermələri xahiş olunur.