Modern.az

Paşinyan Azərbaycandakı ermənilərdən danışdı

Paşinyan Azərbaycandakı ermənilərdən danışdı

Aktual

16 Oktyabr 2025, 13:23

"Azərbaycanda saxlanılan ermənilərlə bağlı hər gün işləyirik".

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 16-da jurnalistlərlə söhbətində deyib.

O, əmin edib ki, hakimiyyət konkret həll yollarına nail olmaq üçün hər cür səy göstərir.

“Bu nəticələr əldə olunmayana qədər mən onları elan etməyəcəyəm”, - o qeyd edib.

Paşinyan bəyan edib ki, Azərbaycan prezidenti ilə təmaslar dövri xarakter daşıyır, xüsusən avqustun 8-də imzalanan sənəd nəticəsində “sülhün bərqərar olmasından” sonra.

Baş nazir əlavə edib ki, konkret nəticələr olarsa, o da hesabat verəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı