Tovuzda həyat yoldaşını qətlə yetirən şəxs canına qəsd edib.
Modern.az xəbər verir ki, qətl törədən 29 yaşlı Səbuhi Hacızadənin kənd ərazisindən asılmış vəziyyətdə meyiti tapılıb. Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Qeyd edək ki, Səbuhi Hacızadə həyat yoldaşı Mətanət Hacıyevanı qətlə yetirdikdən sonra video çəkərək canına qəsd edəcəyini bildirmişdi. (Mənbə: unikal)