Modern.az

Ayı çobana hücum etdi – itlər sahibini xilas etdi  

Ayı çobana hücum etdi – itlər sahibini xilas etdi  

Aktual

17 Oktyabr 2025, 08:22

Qubada ayı təsərrüfat sahibinə hücum edib.

Modern.az xəbər verir ki, hadisə rayonun Qonaqkənd qəsəbəsində baş verib.

Belə ki, rayonun Vladimirovka kənd sakini 36 yaşlı Azər İskəndərov xırdabuynuzlu heyvanları yaylaqda otararkən ayının hücumuna məruz qalıb.

Sürüdə olan çoban itləri təsərrüfat sahibini yırtıcı heyvanın əlindən xilas edə bilib.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A.İskəndərov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, bundan öncə ayılar Xanagah, Qımılqazma və Səbətlər kəndində təsərrüfatlara zərər verib. (Mənbə "Report")

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ