Modern.az

Xaricdə yaşayan blogerlərin məhkəməsi BAŞLADI

Xaricdə yaşayan blogerlərin məhkəməsi BAŞLADI

Aktual

17 Oktyabr 2025, 11:16

Xaricdə yaşayan blogerlər Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının barələrində olan cinayət işi üzrə məhkəmə başlayıb.

Modern.az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmə prosesi keçirilib.

Proseslərdə anket məlumatları dəqiqləşdirilib.

Hazırlıq iclası oktyabrın 24-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 214-2,-ci ( Terrorçuluğa açıq çağırışlar), 220.2-ci (Kütləvi iğtişaş, Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci ( Silahlı qiyam, Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 320.1 -ci (Rəsmi sənədi saxtalaşdırma) maddələri ilə ittiham olunurlar. Onlar ölkə xaricində olduqlarına görə barələrində rayon məhkəməsinin qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!