Modern.az

BMU kampusunda günəş enerjisi ilə işləyən işıq dirəkləri quraşdırılıb - FOTOLAR

BMU kampusunda günəş enerjisi ilə işləyən işıq dirəkləri quraşdırılıb - FOTOLAR

Aktual

17 Oktyabr 2025, 13:40

Bakı Mühəndislik Universiteti (BMU) enerji səmərəliliyinin artırılması, ekoloji davamlılığın təmin olunması istiqamətində ardıcıl tədbirlər görür.

Modern.az xəbər verir ki, bu çərçivədə universitetin həyətində günəş enerjisi ilə işləyən işıq dirəkləri quraşdırılıb.

Layihənin icrası nəticəsində elektrik enerjisinə qənaət olunmaqla yanaşı, karbon emissiyalarının azalması və ekoloji təmiz mühitin qorunmasına  mühüm töhfə verilib.

BMU-da həyata keçirilən bu təşəbbüs Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən 7-ci (əlçatan və təmiz enerji-bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi), 11-ci (davamlı şəhərlər və icmalar-ekoloji cəhətdən davamlı və təhlükəsiz yaşayış mühitinin təşviqi) və 13-cü (iqlim dəyişikliyi ilə mübarizə - iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və ekoloji tarazlığın qorunması) istiqamətləri ilə birbaşa uyğunluq təşkil edir.

Universitetin enerji səmərəliliyinə və ətraf mühitin mühafizəsinə yönəlmiş bu kimi layihələrin daha da genişləndirilməsi gələcəkdə də davam etdiriləcək. Məqsəd kampusda ekoloji məsuliyyət mədəniyyətinin formalaşdırılması və tələbələr üçün davamlı inkişaf prinsiplərinə əsaslanan tədris, eləcə də yaşayış mühitinin yaradılmasıdır.

BMU kampusunda günəş enerjisi ilə işləyən işıq dirəkləri quraşdırılıb - FOTOLAR

BMU kampusunda günəş enerjisi ilə işləyən işıq dirəkləri quraşdırılıb - FOTOLAR

BMU kampusunda günəş enerjisi ilə işləyən işıq dirəkləri quraşdırılıb - FOTOLAR

BMU kampusunda günəş enerjisi ilə işləyən işıq dirəkləri quraşdırılıb - FOTOLAR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ