Modern.az

Vüsal Aslanov 7 ay əvvəl təyin etdiyi rəisi işdən çıxardı - FOTO

Vüsal Aslanov 7 ay əvvəl təyin etdiyi rəisi işdən çıxardı - FOTO

Aktual

17 Oktyabr 2025, 16:00

“Bakı Metropoliteni” QSC-nin Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinin rəisi vəzifəsindən azad edilib. 

Modern.az xəbər verir ki, QSC-nin sədri Vüsal Aslanovun əmri ilə departamentin rəisi Aqil Allahverdiyev tutduğu vəzifəsindən azad olunub. 

QSC-dən bildirilib ki, o, karyera yüksəlişini fərqli istiqamətdə davam etdirmək istəyini bildirərək öz ərizəsi ilə işdən ayrılıb.

Xatırladaq ki, A.Allahverdiyev bu ilin aprel ayında sözügedən vəzifəyə təyin edilmişdi. 

Qeyd edək ki, son aylar Vüsal Aslanov tərəfindən “Bakı Metropoliteni” QSC-yə təyin olunan vəzifəli şəxslərin kütləvi şəkildə işdən çıxmaları ilə bağlı məlumatlar yayılır. (Mənbə “Qaynarinfo”)

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ