Modern.az

Rəşad Nəbiyev Zərdabda vətəndaşları qəbul etdi - FOTOLAR

Rəşad Nəbiyev Zərdabda vətəndaşları qəbul etdi - FOTOLAR

Aktual

17 Oktyabr 2025, 16:24

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Zərdab şəhərində Ağcabədi, Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonlarının sakinlərini qəbul edib.

Modern.az nazirliyə istinadən xəbər verir ki, qəbulda nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndəriləcək.

Rəşad Nəbiyev Zərdabda vətəndaşları qəbul etdi - FOTOLAR

Rəşad Nəbiyev Zərdabda vətəndaşları qəbul etdi - FOTOLAR

Rəşad Nəbiyev Zərdabda vətəndaşları qəbul etdi - FOTOLAR

Sizə yeni x var
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ