Modern.az

Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO

Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO

Aktual

17 Oktyabr 2025, 17:46

Azərbaycan Prezidenti cənab İlham Əliyevin D-8 İnkişaf etməkdə olan ölkələr təşkilatının Baş Katibi ilə 4 mart 2025-ci il tarixində Bakıda keçirdiyi görüşdə aparılmış müzakirələrə uyğun olaraq Azərbaycan bu Təşkilatda fəal işlər aparmaqdadır.

Modern.az xəbər verir ki, bu həftə Azərbaycanda ilk dəfə olaraq D-8 Həftəsi təşkil edilir.

D-8 Həftəsi çərçivəsində Azərbaycanda yaradılacaq D-8 Enerji və İqlim Mərkəzinə, D-8 Media Mükəmməllik Mərkəzinə və D-8 Nəqliyyat Mükəmməllik Mərkəzinə dair D-8 üzv ölkələrinin iştirakı ilə müvafiq görüşlər, həmçinin tarixdə ilk dəfə olaraq D-8 Komissarlarının qeyri-formal görüşü (Retreat) və İqlim və Şəhərlər üzrə D-8 Yüksək Səviyyəli Dialoq tədbiri keçirilir. Bu tədbirlərdə D-8 Təşkilatının güclü iqtisadi bloka çevrilməsi məqsədilə Təşkilatda islahatlar, həmçinin iqlim, şəhərsalma, və media sahəsində əməkdaşlıq kimi yeni mövzularının D-8 gündəliyinə gətirilməsi məsələləri müzakirə edilib. Azərbaycan ötən ilin dekabr ayında Qahirədə keçirilmiş D-8 Zirvə Görüşündə D-8 təşkilatının 27 il əvvəl yaradılmasından sonra bu Təşkilatın üzvüyünə qəbul edilmiş ilk ölkə olub. Hazırda D-8 üzv dövlətləri siyahısına Azərbaycan, Türkiyə, Misir, Nigeriya, Pakistan, İran, Indoneziya, Banqladeş va Malaziya daxildir. Hazırda Misir D-8-ə sədrlik edir və 1 yanvar 2026-cı ildən 2 il ərzində İndoneziya D-8-ə sədrıik edəcəkdir. İqlim və Şəhərlər üzrə D-8 Yüksək Səviyyəli Dialoq tədbiri Azərbaycanın COP29 Sədrliyi çərçivəsində təşkil edilir və tədbirdə D-8 üzv ölkələrinin İqlim və Şəhərsalma Nazirləri, D-8 Kommisarları və D-8 regionundan olan şəhərlərin rəhbərləri iştirak edirlər. Həmçinin D-8 üzv ölkələrindən olan İqlim və Şəhərsalma Nazirləri, D-8 Komissarları və şəhər rəhbərləri həmçinin Azərbaycanın Üçüncü Milli Şəhərsalma Forumunda da iştirak ediblər. (Mənbə APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ