Modern.az

Taksi istifadəçilərinin sayı ARTIB

Taksi istifadəçilərinin sayı ARTIB

Aktual

18 Oktyabr 2025, 11:53

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda taksi xidmətindən istifadə edən sərnişinlərin sayı 61 809,5 nəfər olub, bu da illik müqayisədə 0,7% artım deməkdir.

Bu baradə Modern.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, ötən ilin yanvar-sentyabr aylarında ölkə üzrə taksi xidmətindən 61 379,9 müştəri istifadə edib.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 5% artaraq 1 187 694,8 min təşkil edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ