Modern.az

Qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanıldı

Qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanıldı

Aktual

18 Oktyabr 2025, 13:34

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq elektrik avadanlığından istifadə etməklə balıq ovlayan  rayon sakinləri, S.Hümbətov, N. Rəcəbov, H. Bayramov saxlanılıblar.

Modern.az xəbər verir ki, onların Gorançay çayının rayon ərazisindən keçən hissəsində elektrik avadanlığından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olduqları müəyyən edilib.

Həmin şəxslər saxlanılan zaman onlardan müxtəlif elektrik avadanlıqları və qanunsuz ovlanmış balıqlar maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ