Modern.az

Rəşad Nəbiyev yenidən federasiya prezidenti seçildi

Rəşad Nəbiyev yenidən federasiya prezidenti seçildi

Aktual

18 Oktyabr 2025, 14:33

Azərbaycan Cüdo Federasiyasında hesabat-seçki konfransı keçirilib.

Modern.az xəbər verir ki, konfrans qapalı baş tutub.

Seçkilərin nəticəsinə görə, federasiyanın prezidenti yenidən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev seçilib.

İclasda İcraiyyə Komitəsinin heyətində də dəyişiklik edilib. Belə ki, Ağayar Axundzadənin yerinə olimpiya mükafatçısı Mövlud Mirəliyev İcraiyyə Komitəsinin üzvü seçilib.

Qeyd edək ki, R. Nəbiyev 2021-ci ildən Azərbaycan Cüdo Federasiyasının prezidentidir. (Mənbə "Teleqraf")

Whatsapp
Bizə yazın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ