Modern.az

Azərbaycan 4 iranlı məhbusu ölkəsinə təhvil verdi

Azərbaycan 4 iranlı məhbusu ölkəsinə təhvil verdi

Aktual

18 Oktyabr 2025, 17:21

İran və Azərbaycan arasında məhkumların ekstradisiyası razılaşmasının icrası istiqamətində 4 iranlı məhbus Azərbaycandan İrana ekstradisiya olunub.

Modern.az məlumatına görə, bunu İranın ədliyyə nazirinin insan haqları və beynəlxalq məsələlər üzrə müavini Əskər Calalian yerli mediaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, sözügedən məhbuslar məhbusluq dövrünün qalan hissəsini keçirmək üçün Gilan vilayəti Həbsxanaları Baş İdarəsinə təhvil veriliblər.

Calalian bildirib ki, başqa ölkələrdə, xüsusilə qonşu ölkələrdə məhbus olan iranlıların əksəriyyəti narkotik maddələrin qaçaqçılığı və qadağan olunan dərman preparatları daşıdıqlarına görə azadlıqdan məhrum edilib. (Mənbə Trend)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ