Modern.az

Yerdə oktyabrın üçüncü maqnit qasırğası başlayıb

Yerdə oktyabrın üçüncü maqnit qasırğası başlayıb

Aktual

19 Oktyabr 2025, 08:56

Alimlərin proqnozlaşdırdığı maqnit qasırğası Yer kürəsində başlayıb. Bu, oktyabr ayında üçüncü qasırğadır.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası "Telegram" kanalında bildirib.

"Oktyabrın üçüncü maqnit qasırğası başlayıb", deyə qeyd olunub. İnstitut qeyd edib ki, artıq oktyabrda iki maqnit qasırğası - oktyabrın 1-dən 3-dək, digəri isə oktyabrın 12-də baş verib.

Bildirilib ki, Yerin maqnit sahəsinin (gücünün) pozulma dərəcəsi beş səviyyəli şkalada "G1" səviyyəsinə çatdı, burada G5 "son dərəcə güclü", G1 isə "zəif" dərəcədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ