Modern.az

Gümrüdə mer saxlanılıb

Gümrüdə mer saxlanılıb

Aktual

20 Oktyabr 2025, 10:52

Bu gün səhər tezdən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Gümrü şəhər meriyasına gediblər.

Binanın içərisinə maskalı xüsusi təyinatlılar yerləşdirilib, lakin şəxsi heyətə hadisənin məqsədi barədə məlumat verilməyib.

Modern.az xəbər verir ki, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən bildirilib ki, cinayət işi üzrə istintaq çərçivəsində Gümrü şəhər meriyasında istintaq hərəkətləri aparılır.

Saxlanılanların olub-olmaması ilə bağlı suala Komitədən bildirilib ki, müvafiq elan sonradan veriləcək.

Bu arada, ABC Media-nın məlumatına görə, Gümrü şəhərinin meri Vardan Qukasyan saxlanılıb.

Qukasyanın köməkçisi mətbuata bildirib ki, binaya təxminən 60-70 nəfər daxil olub, bundan sonra meri yerə məcbur edib və saxlayıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ramiz Mehdiyevin DƏHŞƏTLİ CİNAYƏTİ - Şok detallar üzə çıxdı