Modern.az

Azərbaycanla Qazaxıstan kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək

Azərbaycanla Qazaxıstan kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək

Aktual

21 Oktyabr 2025, 09:48

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə Qazaxıstanın Baş nazirinin müavini – rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiyev ilə keçirilən görüşdə rəqəmsal hökumət həlləri, süni intellekt, kibertəhlükəsizlik və kosmik texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Modern.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində məlumat verib.

“Astana şəhərində Qazaxıstanın nəqliyyat naziri Nurkan Sauranbayev və Prezidentin müşaviri Asel Janasova ilə görüşlər zamanı innovasiya, rəqəmsallaşma və İKT sahələrində əməkdaşlıq perspektivlərini müzakirə etdik.

Səfər çərçivəsində “Astana Hub” innovasiya mərkəzinin fəaliyyəti ilə tanış olduq. Burada İKT sahəsində peşəkar mütəxəssislərin hazırlanması, startapların inkişafı və rəqəmsal ekosistemin gücləndirilməsi üzrə həyata keçirilən layihələrlə bağlı ətraflı məlumat aldıq. Rəqəmsal inkişaf sahəsində təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi apardıq” - deyə paylaşımda qeyd edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevçilər "VURULUR" - Siyahıda kimlər var?