Modern.az

Azərbaycanda yeni Mərkəz tikiləcək

Azərbaycanda yeni Mərkəz tikiləcək

Aktual

21 Oktyabr 2025, 10:52

Yaxın aylarda Azərbaycanda Kosmik Aparatların İnkişafı Mərkəzinin tikintisinə start veriləcək.

Modern.az xəbər verir ki, bunu “Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa tövhəsinin 10 ili” adlı tədbirdə çıxışı zamanı deyib.

Dunay Bədirxanov bildirib ki, Azərbaycan yaxın gələcəkdə peyklərin istehsalını həyata keçirməyi planlaşdırır.

“Artıq bu istiqamətdə ilk addımlar atılıb. “Tədqiqat və İnkişaf” komandamız son bir il yarım ərzində İsraildə “Azersky-2” layihəsi çərçivəsində peyk istehsalı üzrə intensiv təlimlər keçib. Peyk istehsalı zavodu və işçi heyəti üçün nəzərdə tutulan Kosmik Aparatların İnkişafı Mərkəzinin dizayn və layihələndirmə mərhələsi tamamlanıb. Mərkəzin tikiləcəyi yer artıq müəyyənləşdirilib və yaxın aylarda tikintiyə başlanılacaq. Yeni peykimizin daşıyıcı raketi kimi “SpaceX” şirkətini seçmişik”, - deyə Dunay Bədirxanov vurğulayıb.

Qurum rəhbərinin sözlərinə görə, “Azərkosmos” tarixində ilk dəfə törəmə müəssisə – “Spacecraft Development and Production” MMC yaradılıb: “Yeni MMC kosmik aparatların istehsalı ilə bağlı layihələrin daha səmərəli şəkildə həyata keçirilməsinə dəstək göstərəcək”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyevin gizli əlaqələri - Xəyanət haradan başladı?