Modern.az

Dövlət Dəniz və Liman Agentliyi Beynəlxalq sessiyada təmsil olunub 

Dövlət Dəniz və Liman Agentliyi Beynəlxalq sessiyada təmsil olunub 

Aktual

21 Oktyabr 2025, 12:20

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndə heyəti Londonda keçirilən Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz ətraf mühitinin mühafizəsi üzrə komitəsinin 2-ci növbədənkənar sessiyasında ölkəmizi təmsil edib.

Modern.az xəbər verir ki, tədbirdə İdarə heyəti sədrinin müşaviri Habil Abbasov və Dəniz ətraf mühitinin mühafizəsi şöbəsinin müdiri Fərid Murtuzov iştirak ediblər.

Sessiya zamanı “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” 1973-cü il tarixli Beynəlxalq Konvensiyanın VI əlavəsinə təklif olunan dəyişikliklər, BDT-nin “Xalis sıfır çərçivəsi”, işçi qrupların hesabatları və iş planları müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Tədbir çərçivəsində “Xalis sıfır çərçivəsi”nin qəbulu ilə bağlı müzakirələrin davam etdirilməsinin bir il müddətinə təxirə salınması barədə razılıq əldə olunub. Bu müddət ərzində üzv dövlətlər BDT-nin “Xalis sıfır çərçivəsi” üzrə konsensus istiqamətində işləməyə davam edəcəklər.

DDLA-nın İdarə heyəti sədrinin müşaviri Habil Abbasov sessiyanın vacibliyini vurğulayaraq gəmilərdən atılan istixana qazları emissiyalarının azaldılması istiqamətində komitə tərəfindən qəbul edilən qərarların əhəmiyyətindən danışıb. Bildirib ki, sənəd layihəsinin yenidən işlənməsi məqsədilə müzakirələrin davam etdirilməsinin bir il müddətinə təxirə salınması əhəmiyyətli addım hesab olunur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ramiz Mehdiyevin evində axtarış...- Nələr üzə çıxacaq?