Modern.az

Tokayev Vaşinqton sazişlərinin tarixi əhəmiyyətini vurğuladı

Tokayev Vaşinqton sazişlərinin tarixi əhəmiyyətini vurğuladı

Aktual

21 Oktyabr 2025, 13:03

Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan ilə Ermənistan arasında Vaşinqton sazişlərinin tarixi əhəmiyyətini vurğulayıb.

Modern.az xəbər verir ki, Qazaxıstan dövlətinin başçısı deyib: “Azərbaycan ilə Ermənistan arasında münaqişənin sülh yolu ilə nizamlanmasına dair Bəyannamənin tarixi əhəmiyyətini ayrıca qeyd etmək istərdim. ABŞ Prezidenti Donald Trampın haqlı olaraq qeyd etdiyi kimi, çox güclü mövqedə olmağınıza baxmayaraq, belə mühüm sənədin imzalanmasına getdiniz və bu, Azərbaycanın və rəhbərlik etdiyiniz Azərbaycan xalqının xüsusi mövqeyindən, öz potensialına inamından xəbər verir. Nümayiş etdirdiyiniz güclü siyasi iradə və strateji baxış mürəkkəb məsələlərin həllinə müdrik yanaşmanın və gələcək nəsillərin taleyi üçün məsuliyyətin parlaq nümunəsi kimi çıxış edir”.

Prezident Tokayev, həmçinin vurğulayıb ki, iki ölkə arasında əldə olunan razılaşmalar bütün regionda və onun hüdudlarından kənarda əməkdaşlıq üçün yeni üfüqlər açır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ramiz Mehdiyevin evində axtarış...- Nələr üzə çıxacaq?