Modern.az

Babək Quliyev UEFA-dan təyinat aldı

Babək Quliyev UEFA-dan təyinat aldı

Aktual

21 Oktyabr 2025, 12:40

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan təyinat alıb.

Modern.az xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində X qrupun 3 oyununda fəaliyyət göstərəcək.

B.Quliyev oktyabrın 28-də Bolqarıstan – Slovakiya, 31-də İsveçrə - Bolqarıstan oyunlarının hakim-inspektoru, noyabrın 3-də isə San Marino – Bolqarıstan matçının həm hakim-inspektoru, həm də nümayəndəsi olacaq.

Qeyd edək ki, X qrupun qarşılaşmaları Slovakiyada təşkil olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ramiz Mehdiyevin evində axtarış...- Nələr üzə çıxacaq?