Modern.az

Sumqayıtda 500 abonentin qazı KƏSİLƏCƏK

Sumqayıtda 500 abonentin qazı KƏSİLƏCƏK

Aktual

22 Oktyabr 2025, 10:52

Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Modern.az-a "Azəriqaz" İB Sumqayıt QİS-dən bildirilib.

Qeyd olunub ki, mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar oktyabrın 22-də saat 12:00-dan etibarən, Corat qəsəbəsində (məktəbin yanı-dörd yol adlanan ərazi) 500 abonentin qaz təchizatı dayandırılacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.

Sizə yeni x var
Keçid et
Mehdiyev üsyan bayrağı qaldırdı - Çöldəki agentləri hərəkətə keçdi