Ölkədə olan avtonəqliyyat vasitələrinin sayı 1 milyon 950 mini keçib.
Modern.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı Mübariz Ağayev bildirib.
Onun sözlərinə görə, həmin nəqliyyat vasitələrinin 45,5 faizi, yəni 885 min 683-ü 20 ildən artıqdır ki, istehsal edilib.