Modern.az

Tofiq Yaqublunun şikayətinə sabiq deputat baxacaq - FOTO

Tofiq Yaqublunun şikayətinə sabiq deputat baxacaq - FOTO

Aktual

22 Oktyabr 2025, 12:36

Yaxın vaxtlarda Ali Məhkəmədə Milli Şuranın üzvü Tofiq Yaqublunun şikayətinə baxılacaq.

Modern.az xəbər verir ki, T.Yaqublunun şikayəti üzrə iş Ali Məhkəmənin hakimi İlqar Qılıcovun icraatına verilib. Bu barədə məlumatı T.Yaqublunun qızı Nigar Həzi ictimailəşdirib.

O bildirib ki, Apelliyasi Məhkəməsinin T.Yaqublu barəsindəki qərarından təxminən 6 ay keçir. N.Həzi atasının heç bir günahı olmadan cəza çəkdiyini xatırladıb.

“Yeri gəlmişkən, İlqar Qılıcov Qarabağ veteranıdır. Eyni ilə Tofiq Yaqublu kimi. Görək bir Qarabağ veteranı digər Qarabağ veteranı haqda ədalətli qərar verə biləcəkmi?”, - N.Həzi bildirib.

Xatırladaq ki, işə baxacaq Ali Məhkəmənin hakimi İlqar Qılıcov həm də sabiq deputatdır. O, 2001-2005-ci illərdə Milli Məclisin üzvü olub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 9 il müddətinə azadlıqdan məhrum ediliblər.Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.


 

Sizə yeni x var
Keçid et
Mehdiyev üsyan bayrağı qaldırdı - Çöldəki agentləri hərəkətə keçdi