Ermənistanla ABŞ arasında TRİPP layihəsinin detalları razılaşdırılır.
Modern.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsaxna ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan bu layihənin ən qısa zamanda reallaşmasını gözləyir:
“Dünən Prezident İlham Əliyev Ermənistana tranzit yüklərinə dair məhdudiyyətlərinin ləğvini qeyd etdi. Ermənistan da artıq çox konkret faydalar görür və bunu hiss edir. Bu, ilkin faydalardır. Naxçıvanın Azərbaycanın əsas hissəsi maneəsiz birləşdirilməsi, Orta Dəhlizin bir hissəsinin açılmasının faydalarını nəzərə alaraq Ermənistanda bu işlərlə məşğul olan insanlar bu layihələri prioritet sayacaq”.