Modern.az

"Nəcməddin" adına görə əmisini bıçaqladı

"Nəcməddin" adına görə əmisini bıçaqladı

Aktual

22 Oktyabr 2025, 22:20

Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində 1976-cı il təvəllüdlü Ərəstun Şahverdiyevi bıçaqlayan qardaşı oğlu, 30 yaşlı Nəcməddin Şahverdiyevin məhkəməsində bir sıra maraqlı məqamlar üzə çıxıb.

 

Modern.az xəbər verir ki, təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində əmisini bıçaqlama səbəbini açıqlayıb.

 

 

O bildirib ki, əmisi Ərəstun Şahverdiyevi ona verdiyi "Nəcməddin" adına görə öldürmək istəyib.

 

Belə ki, təqsirləndirilən şəxs lal-karlıqdan əziyyət çəkməsi, boyunun balaca olması kimi fiziki məhdudiyyətlərini uğursuzluq kimi qiymətləndirərək bunu əmisinin ona verdiyi adla əlaqələndirib. Bu səbəbdən Nəcməddin əmisini öldürmək qərarına gəlib.

 

Nəcməddin bu fikirlə Sahil qəsəbəsi, N.Mustafayev küçəsində yerləşən əmisinə məxsus ət mağazasının qarşısına gələrək ona kürəyindən bıçaq zərbəsi endirib. Nəcməddinin vurduğu bıçaq sonuncunun bel nahiyəsində qalıb və o bu səbəbdən cinayəti başa çatdıra bilməyib:

 

"Əmimi bıçaqladıqdan sonra ağrılarım kəsdi. Onu mənə doğulanda verdiyi ada görə bıçaqladım. Adımı əmim yox, nənəm versəydi, bədənim ağrımazdı", - deyə cinayəti törədən şəxs ifadəsində bildirib.

 

Məhkəmədə ifadə verən zərərçəkmiş Ərəstun Şahverdiyev isə qardaşı oğlundan şikayətçi olduğunu qeyd edib:

 

"Əvvəllər Nəcməddinin sağlamlığında problem olmayıb, bunlar yaşı artdıqca üzə çıxıb. Məni bıçaqladıqdan sonra gülərək qulağıma pıçıldadı ki, "səni mən vurdum". Daha sonra hadisə yerindən qaçıb getdi".

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulduğundan, onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli tədbirlər tətbiq edilib. Nəcməddin Şahverdiyev sağalmış hesab edilənədək cinayət işi üzrə icraat dayandırılıb. (Mənbə: teleqraf)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!