Modern.az

Kirayə yaşadığı evdən çıxarılmış tanınmış alim vəfat etdi

Kirayə yaşadığı evdən çıxarılmış tanınmış alim vəfat etdi

Aktual

22 Oktyabr 2025, 23:45

Ötən il kirayə yaşadığı evdən çıxarılan tanınmış ilahiyyatçı-alim Fazil İsmayılov vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

 

Qeyd edilib ki, 77 yaşlı fəlsəfə doktoru küçədə gedərkən qəfil yıxılıb və vəfat edib.

 

Xatırladaq ki, 1 il əvvəl kirayə borcunu ödəyə bilmədiyi üçün ev sahibi onu Fazil İsmayılovu mənzildən çıxarmışdı. İddiaya görə o bir illik kirayə haqqını ödəməmişdi.

 

Qeyd edək ki, Fazil İsmayılov Ankara Universitetində 17 il müəllim işləyib. 29 kitab müəllifi və "Quran"ın rusca və azərbaycanca tərcüməçisidir. (Mənbə: baku.ws)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!