Modern.az

Naxçıvan şəhərinə içməli suyun verilişi dayandırılacaq

Naxçıvan şəhərinə içməli suyun verilişi dayandırılacaq

Aktual

23 Oktyabr 2025, 12:10

Naxçıvan şəhərində içməli su xəttində qəza baş verib.

Modern.az xəbər verir ki, qəza şəhərin Atabəylər, Babək, Z.Əliyeva məhəllələrini, H.Aslanov küçəsini həmçinin Qaraçuq, Qaraxanbəyli, Bulqan və Hacıniyyət kəndlərini içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb.

Qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 14:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

Təmir-bərpa işləri gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilişi bərpa ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?