Modern.az

Təhsil və səhiyyə müəssisələrində qida normaları təsdiqləndi

Təhsil və səhiyyə müəssisələrində qida normaları təsdiqləndi

Aktual

23 Oktyabr 2025, 12:57

Bir sıra müəssisələrdə qida normaları təsdiqlənib.

Modern.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla "Tibb müəssisələrində şəxslərin orta sutkalıq qida normaları", "Təhsil müəssisələrində şəxslərin qida normaları", eləcə də "Sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları" təsdiq edilib.

Maliyyə Nazirliyi müvafiq müəssisələrin cari ildə fəaliyyətinin təşkili üçün zəruri maliyyələşməni təmin etməlidir.

Sizə yeni x var
Keçid et
Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?