DEM Partiyasının İmralı nümayəndə heyəti oktyabrın 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Modern.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğan oktyabrın 28-də Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM Partiyası) İmralı nümayəndə heyətinin üzvləri Pervin Buldan və Mithat Sancarı öz iqəmətgahında qəbul edəcək.
Bu görüş, heyətlə Ərdoğan arasında üçüncü görüş olacaq.
Aprelin 10-da Van millət vəkili Pervin Buldan və Türkiyə Böyük Millət Məclisinin mərhum sədr müavini və İstanbul millət vəkili Sırrı Süreyya Öndərdən ibarət DEM Partiyası İmralı nümayəndə heyəti Beştəpədəki Prezident sarayında Ərdoğanla görüşüb.
İkinci görüş iyulun 7-də Prezident sarayında baş tutub. Nümayəndə heyətinə TBMM sədrinin müavini Pervin Buldan və Demokrat Partiyasının (DEM) millət vəkili Mithat Sancar daxildir. Görüşdə AK Partiya sədr müavini Efkan Ala və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın da iştirak edib.