Modern.az

"İctimai nəqliyyat" fonduna ayrılacaq vəsaitin MƏBLƏĞİ

"İctimai nəqliyyat" fonduna ayrılacaq vəsaitin MƏBLƏĞİ

Aktual

23 Oktyabr 2025, 15:16

2026-cı ilin dövlət büdcəsində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 155 milyon manat təşkil edə bilər.

Modern.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmin vəsait Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində müəyyən olunmuş tələblərə cavab verən nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və yaxud fərdi sahibkarlara subsidiya ödənilməsi üçün istifadə ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?