Modern.az

UNEC QS Beynəlxalq Ticarət Reytinqində Qafqazın birincisi oldu! - FOTO

UNEC QS Beynəlxalq Ticarət Reytinqində Qafqazın birincisi oldu! - FOTO

Aktual

24 Oktyabr 2025, 09:48

QS Beynəlxalq Ticarət Reytinqləri MBA 2026 (QS International Trade Rankings MBA/Masters 2026) açıqlanıb.

Modern.az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu nüfuzlu reytinqdə Azərbaycan və Qafqaz regionu üzrə birinci, dünya miqyasında isə 56-cı yerə yüksəlib.

QS Beynəlxalq Ticarət Reytinqləri dünyada Qlobal Biznes və Ticarət üzrə ən yaxşı magistr proqramlarını müəyyən edir və əsas diqqəti ticarət yönümlü tədris məzmununa yönəldir.

Ticarət proqramının məzmunu göstəricisinə görə UNEC London İqtisadiyyat Məktəbi (LSE) və Warwick Universiteti kimi aparıcı ali məktəbləri geridə qoyaraq dünyanın ilk 20 universiteti sırasında qərarlaşıb.

Məzun nəticələri üzrə də UNEC-in göstəricisi  yüksəkdir — 82.8 bal. Məzunların işlə təmin olunma faizi 89.5% təşkil edir ki, bu nəticə ilə UNEC LSE və Warwick-dən üstün mövqeyə yüksəlib.

İnnovativ tədris (“Experiential Learning”) alt indikatoru üzrə isə UNEC-in tədris metodikası Tsinghua və LSE kimi dünyanın aparıcı universitetləri ilə eyni səviyyədə qiymətləndirilib.

UNEC QS Beynəlxalq Ticarət Reytinqində Qafqazın birincisi oldu! - FOTO

Whatsapp
Bizə yazın!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?