Modern.az

Sumqayıtda 500 abonentin qazı DAYANDIRILACAQ

Sumqayıtda 500 abonentin qazı DAYANDIRILACAQ

Aktual

24 Oktyabr 2025, 11:08

Bu gün mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar Corat qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən Sumqayıt Qaz İstismar Sahəsindən Modern.az-a verilən məlumata görə, saat 12:00-dan etibarən məktəbin yanı – dördyol adlanan ərazidə aparılan işlər səbəbindən 500 abonentin qaz təchizatı işlər tamamlananadək dayandırılacaq.

Qurumdan bildirilib ki, qaz verilişinin bərpası işlər başa çatdıqdan dərhal sonra təmin olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?