Modern.az

Bu küçədə hərəkət məhdudlaşdırılır

Bu küçədə hərəkət məhdudlaşdırılır

Aktual

24 Oktyabr 2025, 12:26

Paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Modern.az xəbər verir ki, bu barədə bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 25 oktyabr saat 00:00-dan etibarən Bakı Şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti işlər tamamlanana qədər tam məhdudlaşdırılacaq.

Sürücülər təmir müddətində alternativ olaraq Müzəffər Nərimanov küçəsindən istifadə edə bilərlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?