Modern.az

Kreml Zelenskiyə cavab verdi

Kreml Zelenskiyə cavab verdi

Aktual

24 Oktyabr 2025, 14:16

"Vladimir Putin və Donald Tramp arasında keçirilməli olan sammit konkret razılaşmalar əldə edilmədiyi üçün pozulmayıb". Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna lideri Volodimir Zelenskiyə cavabında deyib.

Zelenski iddia edib ki, iki lider arasında planlaşdırılan görüş onun avropalı tərəfdaşlarla danışığı nəticəsində pozulub.

"Heç kim sammit üçün dəqiq tarix açıqlamayıb və heç kim razılığa gələ bilməyib. Bu baxımdan, konkret razılaşma olmayan bir şeyi pozmaq çox çətin idi. Nə Tramp, nə də Putin (bu barədə danışıblar) vaxt itirmək istəmirlər və sadəcə görüş xatirinə toplaşmaq istəmirlər. Onların görüşünün məhsuldar olması üçün Rusiya xarici işlər naziri və ABŞ dövlət katibi səviyyəsində iş görülməlidir", - deyə Peskov qeyd edib.

O, həmçinin Trampın "hazırda sammit keçirmək barədə düşünməyi dayandırdığını" dediyini xatırladıb. "Lakin son iki gündə o, bir neçə dəfə gələcəkdə belə bir sammitin keçirilməsini istisna etmədiyini təkrarlayıb. Prezident Putin də bu fikri bölüşür", - deyə Peskov vurğulayıb.

Zirvə görüşünün keçirilməsi barədə razılıq Tramp və Putin arasında 16 oktyabrda telefon danışığından sonra əldə edilib. Prezidentlər Ukraynadakı münaqişənin həlli perspektivlərini müzakirə etməyi planlaşdırsalar da, heç bir tərəf görüşün tarixini açıqlamayıb. 23 oktyabrda Tramp Putinlə görüşün, ən azı indilik, baş tutmayacağını açıqlayıb. "Getməli olduğumuz yerə çatacağımızı düşünmürdüm. Ona görə də bunu ləğv etdim. Amma biz bunu gələcəkdə edəcəyik", - deyə Amerika prezidenti bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?