Modern.az

Bank kartlarından oğurluq edənlər saxlanıldı

Bank kartlarından oğurluq edənlər saxlanıldı

Aktual

24 Oktyabr 2025, 15:36

Abşeron rayonunda bir nəfərin bank kartından oğurluq edilib. Rayonun Mehdiabad qəsəbə sakini polisə müraciət edərək kartından 1330 manatının talanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Əsgərov müəyyən olunaraq saxlanılıb.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, rayon ərazisində bir nəfərin bankomatda unutduğu pulunu götürən, digərinin isə itirdiyi bank kartından alış-veriş etməkdə şübhəli bilinən R.Səfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?