Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Ermənistana planlaşdırdığı səfərini təxirə salıb.
Modern.az xəbər verir ki, bu barədə məlumatı Tixanovskayanın müşaviri Denis Kuçinskiyə istinadən “Delfi” portalı yayıb.
Bildirilib ki, buna səbəb Litva rəhbərliyinin belaruslu siyasətçinin mühafizə olunması ilə bağlı statusu endirməsi olub. Belə ki, Litva 2020-ci ildən Vilnüsdə yaşayan Tixanovskayanın xaricdə şəxsi mühafizə imkanından yararlanma imkanını dayandırıb: “Ümid edirdik ki, risk səviyyəsi yüksək olan ölkələr üçün istisna tətbiq ediləcək, lakin, təəssüflər olsun ki, bu, baş vermədi”.
Onun sözlərinə görə, Tixanovskaya Ermənistanda “Euronest”in plenar iclasında iştirak etməyi planlaşdırırdı və bu onun həmin ölkəyə ilk səfəri olacaqdı.