Modern.az

Məcburi köçkün olan rejissor yataqxana ilə təmin olunub

Məcburi köçkün olan rejissor yataqxana ilə təmin olunub

Aktual

24 Oktyabr 2025, 18:35

Azərbaycan Dillər Universitetinin yataqxanasında məskunlaşan Cəbrayıl rayonundan məcburi köçkün düşmüş Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyevanın yataqxanada yaşaması təmin olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, aidiyyəti qurumların nümayəndələri ilə birgə Gülnar Hacıyevanın məskunlaşdığı otağın qapısına vurulan möhür sökülüb:

 

"Hazırda xanım öz otağındadır və orada yaşamağa davam edəcək", - deyə məlumatda bildirilir.

 

Xatırladaq ki, ötən gün Cəbrayıl rayonundan məcburi köçkün düşmüş Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyevanın yaşadığı Azərbaycan Dillər Universitetinin yataqxanasındakı otağının möhürlənməsi ilə bağlı məlumat yayılıb. (Mənbə: oxu.az)

Whatsapp
Bizə yazın!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?