Modern.az

Yaşı 50-ni keçən kişilərə xəbərdarlıq: Bu səhvlər cinsi performansı zəiflədir!

Yaşı 50-ni keçən kişilərə xəbərdarlıq: Bu səhvlər cinsi performansı zəiflədir!

Aktual

25 Oktyabr 2025, 16:57

Cinsi sağlamlıq insan həyatının ayrılmaz hissəsidir. Mütəxəssislərin fikrincə, sağlam və harmonik cinsi münasibət təkcə ailə münasibətlərinin möhkəmlənməsinə deyil, həm də ümumi sağlamlığın qorunmasına xidmət edir.

Cinsi aktivlik orqanizmdə hormon balansını tənzimləyir, ürək-damar sisteminin fəaliyyətini gücləndirir, sinir sistemini sakitləşdirir və stressin təsirlərini azaldır. Bu, insanın həm fiziki, həm də mənəvi gümrahlığını qorumaqda mühüm rol oynayır.

Bununla belə, yaş artdıqca bədəndə baş verən təbii fizioloji dəyişikliklər cinsi həyatın ritminə təsir göstərə bilir. Xüsusilə 50 yaşdan yuxarı insanlarda bu məsələdə müəyyən çətinliklər yaranır, bəziləri cinsi performansın azalmasından, digərləri isə emosional gərginlik və özünəinamın zəifləməsindən şikayətlənirlər.

Həkimlər qeyd edirlər ki, bu dəyişikliklər bəzən təbii yaşlanma prosesi ilə, bəzən isə düzgün olmayan həyat tərzi, stress, hərəkətsizlik və qidalanma vərdişləri ilə əlaqəlidir. Mütəxəssislərin tövsiyəsinə görə, bu yaşda cinsi sağlamlığın qorunması üçün fiziki aktivlik, balanslı qidalanma və psixoloji rahatlıq əsas şərtlərdəndir.

Mövzu ilə bağlı Modern.az-a danışan seksoloq Tahmasib Cavadzadə bildirib ki, yaşı 50-ni keçən kişilərdə fizioloji narahatıqları olmadıqda onların cinsi performasında xüsusi ciddi problemleri olmur:

"50 yaşdan əvvəl cinsi perfomansda problem olmadığı halda, 50 yaşdan sonra da heç bir problem ilə üzləşmirlər. Kişilərdə fizioloji problemlər isə sağlamlıqlarını qorumadığı hallarda olur. Amma nəzərə alaq ki, həm qadınlarda, həm kişilərdə 50 yaş üstü fizioloji dəyişikliklər gedir. Bu zaman insanlar öz cinsi sağlamlıqlarını qorumalı və onun yaxşı qalması üçün beyinə və bədənə kömək etməlidir".

O vurğulayıb ki, cinsi sağlamlıq və performansı yaxşı saxlamaq üçün fiziki aktivlik olmalıdır:

"Yəni passiv həyat tərzi və ya oturaq iş rejimi mənfi təsir göstərir. Düzgün qidalanmalı, heyvan mənşəli yağlara üstünlük verilməlidir. Bitki yağları kişi sağlamlığına ziyandır. Kökəlmə və piylənmənin qarşısı alınmalıdır. Piylənmə cinsi performansı zəiflədir.  Aktiv idmanara yönəlməlidirlər. Şərait olmadıqda adicə sürətli yürüş belə xeyirlidir. Dəniz məhsulları, lobya paxlaları kimi tərkibində testosteron olan qidalardan istifadə etmək gərəkdir. Əlavə testosteron artıran dərmanları qəbul etmək olmaz.

Cinsi əlaqəni düzgün və sağlam tənzimləmək lazımdır. 50 yaş və üstüyəm deyə çox cinsi əlaqədə olum deyə bir şey yoxdur. Bu yaş qrupu üçün həftədə 2 dəfə cinsi əlaqə normaldır. 60 yaşdan yuxarı 1 dəfə, 70-dən yuxarı yaş qrupu üçün isə 2 həftədə 1 dəfə normaldır.Cinsi əlaqədən sui-istifadə etdikdə, təbii ki, problemlər yaranacaq. Və ən əsası alkoqol və narkotik maddələrdən uzaq olmaq lazımdır. Eləcə də siqaretdən imtina edilməlidir". 

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı